TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 08 iyul, 2024
  • 10:26
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyulun 8-də qaz tədarükü üçün 366 milyon 933 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,03 % çoxdur.

Kipoi çıxış nöqtəsindən iyulun 9-dan 14-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin iyulun 2-i və 3-nə olan sifariş həcmi ilə müqayisədə 9,77 %, iyulun 4-dən 7-dək olan sifariş həcmi ilə müqayisədə 9,79 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən iyulun 8-dən 14-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyulun 8-dən iyulun 14-dək qaz tədarükü üçün 48 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin göstəriciləri ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyulun 8-də qaz tədarükü üçün 304 milyon 916 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,38 % azdır.

İyulun 9-dan 14-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu da ötən həftənin iyulun 2-i və 3-nə olan sifariş həcmi ilə müqayisədə 10,77 %, iyulun 4-dən 7-dək olan sifariş həcmləri ilə müqayisədə isə 10,8 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.