TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
- 28 iyul, 2025
- 09:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyulun 28-də 336 milyon 761 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 2,4 % azdır.
Kipoi çıxış nöqtəsindən iyulun 29-dan avqustun 4-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, iyulun 22-dən 27-dək olan sifariş göstəriciləri ilə müqayisədə 9,7 % azdır. İyulun 25-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 5,4 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən iyulun 29-dan avqustun 4-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyulun 29-dan avqustun 4-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyulun 28-də 304 milyon 244 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, iyunun 21-nə olan sifariş göstəriciləri ilə müqayisədə 7,5 % çoxdur.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün iyulun 29-dan avqustun 4-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib.
Bu, iyulun 22-dən 27-dək olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 10,7 % azdır. İyulun 25-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 5,4 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.