TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 10 iyun, 2024
  • 05:58
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyunun 10-da qaz tədarükü üçün 366 milyon 817 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,08 % çoxdur.

Kipoi çıxış nöqtəsindən iyunun 11-dən 16-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin iyunun 4-ə olan sifariş həcmi ilə müqayisədə 9,7 % azdır. İyunun 5-dən 9-dək olan sifariş həcmləri ilə müqayisədə isə 9,8 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən iyunun 10-dan 16-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyunun 10-dan 16-dək qaz tədarükü üçün 45 milyon 333 min 986 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 49,4 % çoxdur.

Nea Mesimvria çıxış nöqtəsindən iyunun 4-dən 9-dək qaz tədarükü üçün hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib. Bu, iyunun 3-nə olan sifariş həcmi ilə müqayisədə 33,06 % az, iyunun 4-ü, 8-i və 9-na olan sifariş həcmi ilə müqayisədə eynidir.

Nea Mesimvria çıxış nöqtəsindən iyunun 5-nə olan sifariş həcmi ilə müqayisədə 13,9 %, iyunun 6-na olan sifariş həcmi ilə müqayisədə 29 %, iyunun 7-nə sifariş həcmi ilə müqayisədə isə 32,6 % azdır.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyunun 10-da qaz tədarükü üçün 305 milyon 300 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,09 % çoxdur.

İyunun 11-dən 16-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da ötən həftənin iyunun 4-nə olan sifariş həcmi ilə müqayisədə 10,8 %, iyunun 5-dən 9-dək olan sifariş həcmləri ilə müqayisədə 10,9 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.