TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 26 may, 2025
  • 10:05
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 26-da 331 milyon 181 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 1,11 % azdır.

Kipoi çıxış nöqtəsindən mayın 27-dən iyunun 2-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, mayın 20-də və 21-də olan sifariş göstəriciləri ilə müqayisədə 1,16 % azdır.

Bundan başqa, bu çıxış nöqtəsindən mayın 22-nə və 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə də 1,16 %, mayın 24-də və 25-də olan sifariş göstəriciləri ilə müqayisədə isə 0,05 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən mayın 26-dan iyunun 2-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən mayın 26-dan iyunun 2-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün mayın 26-dan iyunun 2-dək 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, mayın 19-dan 25-nə qədər olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.