TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 18 avqust, 2025
  • 09:34
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən avqustun 18-də 351 milyon 925 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,8 % azdır.

Kipoi çıxış nöqtəsindən avqustun 19-dan 25-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, avqustun 12-nə və 13-nə olan sifariş göstəriciləri ilə müqayisədə 5,27 % azdır. Avqustun 14-nə və 15-nə olan sifariş göstəriciləri ilə müqayisədə 5,26 % azdır. Avqustun 16-na və 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 5,21 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən avqustun 18-dən 25-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən avqustun 18-dən 25-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün avqustun 18-də 287 milyon 708 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, avqustun 11-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,4 % azdır.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün avqustun 19-dan avqustun 25-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, avqustun 12-nə və 13-nə olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 5,03 % azdır. Avqustun 14-na və 15-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 5,52 % azdır. Avqustun 16-na 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 5,46 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

44 filmi