TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 10 fevral, 2025
  • 05:55
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən fevralın 10-dən 16-dək qaz tədarükü üçün 343 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftəyə olan göstəriləri ilə müqayisədə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən fevralın 10-dən 16-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən fevralın 10-da 43 milyon 346 min 310 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin sifariş həcmi ilə müqayisədə 42,8 % çoxdur.

Fevralın 11-dən 16-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin yanvarın 3-dən fevralın 9-dək olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün fevralın 10-dan 16-dək bu çıxış nöqtəsindən 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu həcmlər fevralın 3-dən 9-dək olan sifariş həcmləri ilə müqayisədə isə eynidir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

44 filmi