TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
- 27 yanvar, 2025
- 05:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən yanvarın 27-dən fevralın 2-dək qaz tədarükü üçün 343 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin yanvarın 20-i, 21-i, həmçinin yanvarın 25-i və 26-na olan göstəriləri ilə müqayisədə eynidir. Yanvarın 22-dən 24-dək olan göstərilərlə müqayisədə isə 0,29 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən yanvarın 27-dən fevralın 2-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən yanvarın 27-dən fevralın 2-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin yanvarın 20-dən 22-dək, həmçinin yanvarın 25-dən 26-na olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.
Bundan başqa, yanvarın 23-nə olan göstərici ilə müqayisədə 19,5 %, yanvarın 24-nə olan göstərici ilə müqayisədə isə 30 % azdır.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün yanvarın 27-dan fevralın 2-dək bu çıxış nöqtəsindən 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu həcmlər yanvarın 20-dən 26-dək olan sifariş həcmləri ilə müqayisədə isə eynidir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.