TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 15 iyul, 2024
  • 05:51
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən iyulun 15-də qaz tədarükü üçün 366 milyon 921 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,01 % azdır.

Kipoi çıxış nöqtəsindən iyulun 16-dən 21-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin iyulun 8-i və 9-nə olan sifariş həcmi ilə müqayisədə 9,79 %, iyulun 10-dan 14-dək olan sifariş həcmi ilə müqayisədə 9,78 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən iyulun 15-dan 21-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən iyulun 15-dən 21-dək qaz tədarükü üçün 48 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin göstəriciləri ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün iyulun 15-də qaz tədarükü üçün 306 milyon 404 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,49 % azdır.

İyulun 15-dən 21-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da ötən həftənin iyulun 9-una olan sifariş həcmi ilə müqayisədə 10,8 % azdır. İyulun 10-dan 14-dək olan sifariş həcmləri ilə müqayisədə isə 11,23 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.