TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 15 aprel, 2024
  • 05:25
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən aprelin 15-də qaz tədarükü üçün 333 milyon 005 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,3 % azdır.

Kipoi çıxış nöqtəsindən aprelin 16-dən 21-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin aprelin 9 və 10-una olan sifariş həcmi ilə müqayisədə 0,9 % azdır, aprelin 11-dən 14-nə olan sifariş həcmi ilə müqayisədə isə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən aprelin 15-dən 21-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də aprelin 15-dən 21-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün aprelin 15-dən 21-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da aprelin 8-dən 15-dək olan göstərici ilə müqayisədə eynidir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

44 filmi