TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 01 aprel, 2024
  • 12:18
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən aprelin 1-də qaz tədarükü üçün 366 milyon 297 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 3,8 % çoxdur.

Kipoi çıxış nöqtəsindən aprelin 2-dən aprelin 8-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da martın 25-dən 31-dək olan sifariş həcmi ilə müqayisədə 9,75 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən aprelin 1-dən 8-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də aprelin 1-dən 8-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün aprelin 1-də 305 milyon 780 min 315 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da martın 25-nə olan göstərici ilə müqayisədə 5,12 % çoxdur.

Melenduqno çıxış nöqtəsindən aprelin 2-dən 8-dək qaz tədarükü üçün 271 milyon 999 min 147 kVt/saat həcmində sifariş alınıb. Bu da martın 25-dən 31-dək olan sifariş həcmi ilə müqayisədə 10,75 % azdır

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

44 filmi