TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərin həcmləri açıqlanıb

Energetika
  • 19 fevral, 2024
  • 05:51
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən fevralın 19-da qaz tədarükü üçün 359 milyon 521 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 9,2 % azdır.

Kipoi çıxış nöqtəsindən fevralın 20-dən 25-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da fevralın 13-dən 18-dək olan sifariş həcmi ilə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən fevralın 19-dan 25-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də fevralın 19-dan 25-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün fevralın 19-da 298 milyon 004 min 315 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da fevralın 12-nə olan göstərici ilə müqayisədə 9,7 % azdır.

Melenduqno çıxış nöqtəsindən fevralın 20-dən 25-dək qaz tədarükü üçün 281 milyon 999 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu da fevralın 13-dən 18-dək olan sifariş həcmi ilə eynidir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.