TAP-da pay sahibi olan şirkət boru kəmərindən əldə etdiyi gəlirləri açıqlayıb

Energetika
  • 26 oktyabr, 2021
  • 09:31
TAP-da pay sahibi olan şirkət boru kəmərindən əldə etdiyi gəlirləri açıqlayıb

Azərbaycana məxsus təbii qazı Avropaya Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə nəql edən TAP Konsorsiumunda (TAP AG) 16 % paya malik İspaniyanın “Enogas” qaz operatoru gəlirlərini artırıb.

“Report” xarici mətbuata istinadən xəbə verir ki, “Enogas” şirkəti xarici bölmələrindən, əsasən ABŞ-dakı “Tallgrass Energy” və TAP-dan qazancı bu ilin yanvar-sentyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqaisədə 39 % artaraq 164 milyon avroya çatıb. Bu, yeni tənzimləmə üçün xərcləri qismən kompensasiya edib.

Məlumata görə, İspaniyanın qaz şəbəkəsi operatorunun xalis mənfəəti bu ilin yanvar-sentyabr ayları ərzində 12 % azalaraq 307 milyon avroya (357,29 milyon ABŞ dollara) düşüb. Buna səbəb 2020-ci ildə edilən tənzimləmə dəyişikliyi daxili bazarda daha aşağı ödənişlər almağa məcbur olmasıdır.

“Enagas” hökumətin tətbiq etdiyi tənzimləmə dəyişikliklərini nəzərə alaraq, bu ilin əvvəlində təyin olunan 380 milyon avroluq tam illik xalis mənfəət hədəfini təsdiqləyib. Şirkətin xalis mənfəəti 2020-ci ildə 444 milyon avroya çatıb.

Şirkət bildirib ki, bu ilin ilk 9 ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə İspaniyada təbii qaza tələbat 2,7 % artıb, buna səbəb isə ev təsərrüfatları və sənayedə istehlakın artmasıdır, baxmayaraq ki, elektrik stansiyalarında tələbat 15 % azalıb.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.

44 - Tezliklə