TAP bu həftə Yunanıstan və İtaliya üçün qaz tədarükü həcmini artırıb
- 11 sentyabr, 2023
- 07:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 11-də qaz tədarükü üçün 379 milyon 225 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir. Bu, bir ay bundan öncəki göstərici iklə müqayisədə 13,8 % çoxdur.
Qeyd olunur ki, sentyabrın 12-dən 17-nədək hər gün üçün qaz tədarükü sifarişləri 331 milyon 019 min 866 kVt/saat təşkil edib.
Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 11-dən 17-nədək hər gün üçün gündəlik sifarişlər 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən isə sentyabrın 11-dən 17-nədək hər gün üçün 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.
İtaliyanın Melenduqnoya çıxış növqtəsinə gəlincə isə, qazın tədarükü üçün sentyabrın 11-də 322 milyon 908 min 315 kVt/saat həcmində sifarişlər edilib. Bu, bir ay bundan öncəki göstərici iklə müqayisədə 16,6 % çoxdur. Sentyabrın 12-dən 17-nədək isə hər gün üçün 276 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər edilib.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.