TAP bu həftə Yunanıstan və İtaliya üçün qaz tədarükü həcmini açıqlayıb
- 09 oktyabr, 2023
- 09:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 9-da qaz tədarükü üçün 379 milyon 016 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Qeyd olunur ki, oktyabrın 10-dan 15-nədək hər gün üçün qaz tədarükü sifarişləri 341 milyon 019 min 866 kVt/saat təşkil edib.
Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 9-dan 15-nədək hər gün üçün gündəlik sifarişlər 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən isə oktyabrın 9-dan 15-nədək hər gün üçün 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.
İtaliyanın Melenduqnoya çıxış növqtəsinə gəlincə isə, qazın tədarükü üçün oktyabrın 9-da 314 milyon 999 min 315 kVt/saat həcmində sifarişlər edilib. Oktyabrın 10-dan 15-nədək isə hər gün üçün 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər edilib.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.