TAP Azərbaycandan İtaliyaya qaz tədarükü sifarişini yenidən azaldıb

Energetika
  • 27 noyabr, 2023
  • 09:22
TAP Azərbaycandan İtaliyaya qaz tədarükü sifarişini yenidən azaldıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 27-də 304 milyon 136 min 315 kVt/saat həcmində sifarişlər edib.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, noyabrın 20-də olan qazın tədarükü göstəricisi ilə müqayisədə 3,68 % azdır.

Noyabrın 28-dən dekabrın 3-nədək isə bu çıxış nöqtəsindən hər gün üçün 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər edilib ki, bu da daha əvvəlki həftənin göstəricisi ilə eynidir.

Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 27-də qaz tədarükü üçün 366 milyon 653 min 291 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin göstəricisi ilə müqayisədə 2,94 % azdır.

Bu çıxış nöqtəsindən 28-dən dekabrın 3-nədək hər gün üçün qaz tədarükü sifarişləri 341 milyon 019 min 866 kVt/saat təşkil edib. Bu, daha əvvəlki həftənin göstəricisi ilə müqayisədə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən 27-dən dekabrın 3-nədək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də 27-dən dekabrın 3-nədək hər gün üçün ötən hətədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.