TAP Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmlərini açıqlayıb
- 05 avqust, 2024
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən avqustun 5-də qaz tədarükü üçün 331 milyon 19 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 9,8 % azdır.
Kipoi çıxış nöqtəsindən avqustun 6-dan 11-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin iyulun 30-da olan sifariş həcmi ilə müqayisə 9,8 %, iyulun 31-i ilə müqayisədə 11,3 %, avqustun 1-dən 4-nə qədər olan sifariş həcmi ilə müqayisədə isə 9,8 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən avqustun 5-dən 11-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən avqustun 5-dən 11-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin göstəriciləri ilə müqayisədə 37,3 % azdır.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün avqustun 5-də qaz tədarükü üçün 271 milyon 999 min 147 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 12,2 % çoxdur.
Avqustun 6-dan 11-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu da ötən həftənin iyulun 30-da olan sifariş həcmi ilə müqayisədə 10 %, iyulun 31-i ilə müqayisədə 9,7 %, avqustun 1-i ilə müqayisədə 9,8 %, avqustun 2-si ilə müqayisədə 10,8 %, avqustun 3-4-də olan sifariş həcmi ilə müqayisədə 9,8 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.