TAP: Albaniyada qaz nəqli üçün yeni çıxış nöqtəsi oktyabrın 1-dən istifadəyə veriləcək
- 04 sentyabr, 2026
- 17:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Albaniyanın cənubundakı Fier bölgəsində Trans-Adriatik Boru Kəmərinin (TAP) Azərbaycan qazının ölkəyə nəqli üçün nəzərdə tutulmuş yeni çıxış nöqtəsi ("Fier South layihəsi") 2026-cı il oktyabrın 1-nə qədər hazır olacaq.
Bunu "Report"a müsahibəsində "TAP AG"nin idarəedici direktoru Luka Skieppati (Luca Schieppati) bildirib.
Onun sözlərinə görə, TAP-ın genişləndirilməsinin birinci fazası çərçivəsində qeyd olunan tarixdən etibarən Yunanıstanın DESFA sistemindən Albaniyaya qazın ötürülməsi üçün ildə təxminən 0,16 milyard kubmetr əlavə uzunmüddətli nəql gücü də əlçatan olacaq:
"TAP-ın genişləndirilməsi proqramının birinci mərhələsi (1,2 milyard kubmetr qaz) artıq başa çatıb. Kipoi və İtaliya arasında ildə təxminən 1,04 milyard kubmetr həcmində uzunmüddətli nəql gücü 1 yanvar 2026-cı ildən etibarən istifadəyə verilib. Bundan başqa, qazın DESFA sistemindən daxil olması və 2026-cı il oktyabrın 1-dək istismara veriləcək Albaniyadakı yeni nöqtədən çıxışı üçün (Fiyeri şəhərindəki "Fier South" layihəsi - red) illik 0,16 milyard kubmetr qaz ayrılıb. Söhbət sistem daxilindəki nəql gücündən gedir. Faktiki qaz tədarükü aşağı axın infrastrukturunun hazırlıq səviyyəsindən və yükgöndərənlərin nominasiyalarından asılı olacaq".
Müsahibənin tam mətni ilə bu linkvasitəsilə tanış olmaq mümkündür.