“TAP-AG” Yunanıstanın regionuna qar təmizləyən maşın verib

Energetika
  • 22 dekabr, 2017
  • 08:25
“TAP-AG” Yunanıstanın regionuna qar təmizləyən maşın verib
Tap-ag.com

Bakı. 22 dekabr. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri konsorsiumu (TAP-AG) “Xidməti nəqliyyat vasitələrinin hədiyyə edilməsi” regional proqramının icrası çərçivəsində Yunanıstanın Qərbi Makedoniya regionuna 4 qar təmizləyən maşın verib.

“Report” xəbər verir ki, bu barədə “TAP-AG” məlumat yayıb.

Bu layihə yerli sakinlərin təhlükəsizliyinə və qorunmasına, onların həyat səviyyəsinin yüksəldilməsinə və ətraf mühitin idarəçiliyinə yönəlmiş TAP-ın Sosial və ətraf mühit İnvestisiya Proqramı çərçivəsində həyata keçirilir.

Regional proqramın ümumi investisiya həcmi 10 mln. avronu ötür. Bu isə TAP-ın boru kəməri marşturu boyunca yerli icmalar üçün ən böyük layihələrindən biri olduğunu göstərir. Bu proqrama 90-a yaxın xidməti nəqliyyat vasitələri daxildir.

Qeyd edək ki, dekabrın 19-da TAP Şərqi Makedoniya və Frakya regionuna 6 qar təmizləyən maşın hədiyyə etmişdir.

44 - Tezliklə