Sumqayıtın bir hissəsinin qaz təchizatında fasilə yaranıb

Energetika
  • 04 aprel, 2025
  • 15:58
Sumqayıtın bir hissəsinin qaz təchizatında fasilə yaranıb

Sumqayıt şəhəri, Qurd dərəsi massivində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün 11:20-dən etibarən qaz təchizatı dayandırılıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Qurd dərəsi qəsəbəsində və 52-ci məhəllənin bir hissəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb.

44 - Tezliklə