Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq
Energetika
- 14 iyul, 2017
- 06:11
Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Bu barədə “Report”a “Azəriqaz” İB-dən məlumat verilib.
Məlumata görə, fasilə yeni çəkilmiş diametri 250 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.
Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Son xəbərlər
09:39
Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib
ASK09:24
"Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi" mövzusunda regional konfrans keçiriləcək
Din09:21
Kabardin-Balkarda qar uçqunu nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Region09:20
"Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeş Braziliya klubuna keçir
Futbol09:08
Tiaqo Motta "Fiorentina" ilə anlaşıb
Futbol09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.09.2026)
Maliyyə08:55
Jorjinyo Veynaldum karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
Futbol08:38
Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
Energetika08:32