STAR NEZ Türkiyədə ötən ilin 10 ayında neft koksu istehsalının həcmini açıqlayıb

Energetika
  • 02 yanvar, 2025
  • 07:39
STAR NEZ Türkiyədə ötən ilin 10 ayında neft koksu istehsalının həcmini açıqlayıb

Ötən ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 4 min 479 tona yaxın neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 70 min 992 ton və ya 16,8 dəfə azdır.

Ümumilikdə, 2024-cü ilin oktyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 84 min 656 tona yaxın neft koksu istehsal edilib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 75 min 606 ton və ya 1,9 dəfə azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.