STAR NEZ Türkiyədə neft koksu istehsalının həcmini açıqlayıb
- 27 noyabr, 2024
- 14:04
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 4 min 315 tondan çox neft koksu istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Bildirilir ki, bu, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 59 min 559 ton və ya 14,8 dəfə azdır.
Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 81 min 426 tona yaxın neft koksu istehsal edilib ki, bu da 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 60 min 774 ton və ya 42,7 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.