STAR NEZ Türkiyədə neft koksu istehsalını 3 %-ə yaxın artırıb

Energetika
  • 29 iyul, 2025
  • 12:44
STAR NEZ Türkiyədə neft koksu istehsalını 3 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 329 min 771 tona yaxın neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 8 min 068 ton və ya 2,5 % çoxdur.

Bu ilin may ayında STAR NEZ 61 min 631 tona yaxın neft koksu istehsal edib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 5 702 ton və ya 8,5 % azdır.

Ümumilikdə, bu ilin ilk 5 ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 712 min 784 tondan çox neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 244 min 778 ton və ya 52,3 % çoxdur.

Təkcə may ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 141 min 177 tondan çox neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin may ayı ilə müqayisədə 64 min 985 ton və ya 2,1 dəfə çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.