STAR NEZ Türkiyədə 11 ayda neft koksu istehsalının həcmini açıqlayıb
- 01 fevral, 2025
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 65 min 331 tona yaxın neft koksu istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2023-cü ilin noyabr ayı ilə müqayisədə 1 min 016 ton və ya 1,5 % azdır.
Ümumilikdə, 2024-cü ilin noyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 144 min 887 tondan çox neft koksu istehsal edilib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 1 min 944 ton və ya 1,3 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.