STAR neft emalı zavodu xam neft idxalını cüzi azaldıb

Energetika
  • 28 mart, 2025
  • 17:05
STAR neft emalı zavodu xam neft idxalını cüzi azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 926 min 974 tona yaxın xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 24,51 %-i deməkdir.

STAR zavodu üçün idxal edilən neftin həcmi 2024-cü ilin yanvar ayı ilə müqayisədə 12 min 864 ton və ya 1,37 % az olub.

Bu ilin yanvar ayında Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 361 min 941 tona yaxın xam neft idxal edilib. Bu, bir il əvvəlki eyni ayın göstərici ilə müqayisədə 58 min 174 ton və ya 2,4 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.