STAR neft emalı zavodu aviayanacaq istehsalını iki dəfədən çox artırıb

Energetika
  • 30 iyun, 2025
  • 13:32
STAR neft emalı zavodu aviayanacaq istehsalını iki dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 459 min 956 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 156 min 861 ton və ya 51,7 % çoxdur.

Yalnız aprel ayında STAR NEZ 179 min 440 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 93 min 544 ton və ya 2,09 dəfə çoxdur.

Ümumilikdə, bu ilin yanvar-aprel aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 1 milyon 967 min 671 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 388 min 801 ton və ya 24,6 % çoxdur.

T:əkcə aprel ayında Türkiyədə neft emalı zavodları tərəfindən 574 min 570 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 178 min 139 ton və ya 44,9 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

44 - Tezliklə