Kiyevdə iki ​"SOCAR" yanacaqdoldurma məntəqəsi açılacaq

Energetika
  • 31 oktyabr, 2015
  • 06:25
Kiyevdə iki ​SOCAR yanacaqdoldurma məntəqəsi açılacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ Yaxın zamanlarda Ukraynada "SOCAR" brendi ilə yeni iki yanacaqdoldurma məntəqəsi (YDM) açılacaq.

"Report"un "OilNews"a istinadən verdiyi xəbərə görə, bu məntəqələr Kiyevdə - Brovarski prospektində və Stoliçnıy şossesində yerləşəcək.

Qeyd edək ki, 2008-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada nümayəndəlik açıb. Şirkət bu ölkədə "SOCAR Energy Ukraine" adı ilə fəaliyyət göstərir.

Ukraynada "SOCAR" brendi ilə ilk yanacaqdoldurma məntəqəsi isə 2010-cu ildə Odessa şəhərində açılıb.

Hazırda Ukraynanın 27 yaşayış məntəqəsində "SOCAR" brendi ilə 53 YDM fəaliyyət göstərir. Şirkətin aktivləri Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkassı, Xarkov, Xmelnitski və Poltava vilayətlərində yerləşir.