SOCAR Yaponiya şirkəti ilə birgə layihələrin icrasını nəzərdən keçirib

Energetika
  • 03 iyun, 2026
  • 14:00
SOCAR Yaponiya şirkəti ilə birgə layihələrin icrasını nəzərdən keçirib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın "İNPEX" şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası imkanları nəzərdən keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr bu gün "Bakı Enerji Həftəsi" çərçivəsində şirkətin prezidenti Rövşən Nəcəf və "INPEX" şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono ilə görüşdə aparılıb.

Görüşdə "INPEX" şirkətinin Azərbaycanın təşəbbüsü ilə icra olunan layihələrdəki fəal iştirakı, o cümlədən SOCAR ilə uğurlu əməkdaşlığı məmnunluqla qeyd olunub.

Söhbət zamanı təcrübə mübadilələrinin aparılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

44 filmi