SOCAR xaricdəki fəaliyyətindən əldə etdiyi gəlirlərini açıqlayıb

Energetika
  • 14 yanvar, 2025
  • 14:34
SOCAR xaricdəki fəaliyyətindən əldə etdiyi gəlirlərini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin birinci yarısında İsveçrədəki fəaliyyətindən 28,509 milyard manat gəlir əldə edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 7,5 % azdır.

“Report” xəbər verir ki, bu rəqəmlər şirkətin 2024-cü il üzrə yarımillik hesabatında öz əksini tapıb.

Hesabata əsasən, SOCAR-ın Türkiyədəki əməliyyatlardan əldə etdiyi gəlirlər 18,9 % artaraq 4,445 milyard manat təşkil edib.

SOCAR Azərbaycandakı əməliyyatlardan 3,895 milyard manat (azalma 9,3 %), Birləşmiş Ərəb Əmirliklərindəki əməliyyatlardan 6,173 milyard manat (artım 4,5 dəfə), Gürcüstandakı əməliyyatlardan 814 milyon manat (azalma 9,6 %) gəlir əldə edib. Digər ölkələrdəki əməliyyatlar üzrə gəlirlər isə 1,218 milyard manat (artım 15,8 %) təşkil edib.

Xəbər verildiyi kimi, SOCAR 2024-cü ilin birinci yarısında ümumilikdə 45,054 milyard manat gəlir edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 % çoxdur.

44 - Tezliklə