SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını cüzi azaldıb

Energetika
  • 01 fevral, 2025
  • 10:55
SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını cüzi azaldıb

Ötən ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 569 min 461 tona yaxın dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2023-cü ilin noyabr ayı ilə müqayisədə 23 min 427 ton və ya 3,9 % azdır.

Ümumilikdə, 2024-cü ilin noyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 579 min 378 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 13 min 119 ton və ya 0,84 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

44 - Tezliklə