SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını azaldıb

Energetika
  • 30 sentyabr, 2024
  • 13:01
SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını azaldıb

Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 376 min 332 tondan artıq dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 161 min 747 tona yaxın və ya 30,1 % azdır.

Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 346 min 779 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2023-cü ilin iyul ayı ilə müqayisədə 34 min 556 ton və ya 2,64 % çoxdur.

Xatırladaq ki, STAR zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon ton təşkil edir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

SOCAR STAR neft emalı zavodunun tikintisinə və inkişafına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.