SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını 11 %-ə yaxın azaldıb

Energetika
  • 28 iyun, 2024
  • 10:40
SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını 11 %-ə yaxın azaldıb

Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 569 min 873 tona yaxın dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bildirilir ki, bu, 2023-cü ilin aprel ayı ilə müqayisədə 69 min 396 tona yaxın və ya 10,8 % azdır.

Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 326 min 635 tona yaxın dizel yanacağı istehsal edilib ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 8 min 780 ton və ya 0,66 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

44 - Tezliklə