SOCAR Türkiyədəki zavodunda 2 ayda dizel yanacağı istehsalını 2 %-ə yaxın artırıb

Energetika
  • 28 aprel, 2025
  • 14:34
SOCAR Türkiyədəki zavodunda 2 ayda dizel yanacağı istehsalını 2 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 1 milyon 188 min 388 tondan çox dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 18 min 589 ton və ya 1,6 % çoxdur.

Bu ilin fevral ayında isə STAR NEZ 555 min 059 tondan çox dizel yanacağı istehsal edib ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 32 min 937 ton və ya 5,6 % azdır.

Ümumilikdə, bu ilin yanvar-fevral aylarında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 2 milyon 777 min 140 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 63 min 520 ton və ya 2,3 % çoxdur.

Fevral ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 321 min 582 tona yaxın dizel yanacağı istehsal edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən 50 min 192 ton və ya 3,6 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.