SOCAR qazma işlərini 38% artırıb
Energetika
- 06 iyul, 2017
- 08:40
Bakı. 6 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 73 789 metr qazma işi görülüb.
“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, qazma işlərinin 68 007 metri istismara, 5 782 metri isə kəşfiyyata aid olub.
SOCAR-ın I yarımillikdə apardığı qazma işlərinin həcmi illik müqayisədə 38% artıb.
İlin ilk yarısında həyata keçirilən qazma işlərinin 10 450 metri iyun ayında görülüb. Bu sahədə görülmüş işlərin 10 111 metri istismara, 339 metri isə kəşfiyyata aid olub.
Qeyd olunur ki, 2017-ci ilin iyun ayında qazmadan alınmış 8, il ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Son xəbərlər
15:23
Foto
Babək rayonunda minik avtomobili yanıb
Hadisə15:17
"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
Futbol15:15
Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər
Xarici siyasət15:12
Ukraynaya məxsus dronun Krasnodara düşməsi nəticəsində 4 nəfər ölüb
Digər ölkələr15:09
Mariya Stadnik: "Dünya çempionatındakı nəticələrə görə məsuliyyəti tam şəkildə öz üzərimə götürürəm"
Fərdi15:05
SOCAR "Azəri-Çıraq-Günəşli" layihəsində "Itochu"ya məxsus iştirak payını alıb
Energetika15:02
Foto
Türkiyəli nümayəndə heyəti Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət ediblər
Xarici siyasət15:00
"Turan" Cənubi Koreya millisinin voleybolçusu Li Cayeonqu heyətinə qatıb
Komanda14:53