SOCAR qaz hasilatı proqnozunu 97 % yerinə yetirib
Energetika
- 07 oktyabr, 2021
- 13:33
2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə qaz hasilatı proqnozu 97 % yerinə yetirilərək 7 milyard 344 milyon kubmetr olub.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın saytında dərc olunan şirkətin 2020-ci il üzrə illik hesabatında deyilir.
Hesabata əsasən, bu, 2019-cu il ilə müqayisədə 525,4 milyon kubmetr çoxdur.
Hesabat dövründə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2 milyard 190,9 milyon kubmetr qaz qəbul edilib, “Şahdəniz” yatağından isə 5 milyard 646,6 milyon kubmetr qaz alınıb.
Hesabata əsasən, 2020-ci ildə respublika üzrə 37,1 milyard kubmetr qaz hasil olunub. 2019-cu il ilə müqayisədə qaz hasilatı isə 1,5 milyard kubmetr çox olub.
Son xəbərlər
20:32
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - YENİLƏNİB
İnfrastruktur20:31
Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb
Region20:28
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyirik
Region20:26
Avstriya XİN-də Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub
Xarici siyasət20:25
Azərbaycan Bolqarıstana neft satışını 4.5 dəfədən çox artırıb
Energetika20:12
BMT üzvləri Şimali Kipri tanımağa dəvət edilib
Region19:56
Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir
Region19:54
Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 3 il uzadılması barədə razılığa gəliblər
Digər ölkələr19:46