"SOCAR Petroleum"da lotereya qalibləri ilə görüş keçirilib
Energetika
- 19 may, 2016
- 13:21
Bakı. 19 may. REPORT.AZ/ Fransada keçiriləcək "UEFA EURO 2016" çempionatında iştirak etmək üçün “SOCAR Petroleum” QSC-nin yanacaqdoldurma məntəqələrindən əldə olunmuş lotereyaların qalibləri - Ramin Fərəcov, Rza Abbasov, Əflatun Hüseynov, Yasin Nuriyev, Rəfail Nazirov ilə görüş keçirilib.
"Report" quruma istinadən xəbər verir ki, görüşdə “SOCAR Petroleum” QSC-nin baş direktorunun əməliyyat məsələləri üzrə müavini Mülayim Səfərov qalibləri salamlayaraq onları bu münasibətlə təbrik edib.
M.Səfərov “Yanacağı SOCAR-da doldur "UEFA EURO 2016"ya bilet qazan” devizi altında keçirilmiş kampaniyanın şəffaflığından söz açıb.
Daha sonra qaliblərə keçiriləcək çempionatda iştirakla bağlı ətraflı məlumat verilib və onlara uğurlar arzulanıb.
Son xəbərlər
07:18
ABŞ yenidən futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir
Futbol07:17
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
Futbol07:07
İran ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib
Region07:00
DÇ-2026: Yeni Zelandiya - Belçika matçı start götürüb
Futbol06:47
Çin ABŞ-yə Tayvanla bağlı ciddi xəbərdarlıq edib
Digər ölkələr06:44
Aleks Baena Uruqvay - İspaniya oyununun ən yaxşısı seçilib
Futbol06:40
Kabo Verde - Səudiyyə Ərəbistanı oyununun ən yaxşı fubolçusu Deroy Duarte olub
Futbol06:14
İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq
Region06:01