SOCAR ötən il Bakı-Novorossiysk kəməri ilə neft ixracını 65 % artırıb

Energetika
  • 04 yanvar, 2022
  • 10:54
SOCAR ötən il Bakı-Novorossiysk kəməri ilə neft ixracını 65 % artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ilin yanvar-dekabr aylarında Bakı-Novorossiysk neft boru kəməri ilə 1,01 milyon ton neft ixrac edib.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer Mərkəzinin məlumatında deyilir.

Bu, 2020-ci ilin yanvar-dekabr aylarının göstəriciləri ilə müqayisədə 64,7 % çoxdur. SOCAR Azərbaycandan Rusiyanın “Transneft” şirkətinin sistemi üzrə 2020-ci il ərzində Novorossiysk limanına 613,29 min ton neft nəql edib.

Məlumata görə, təkcə dekabr ayında bu kəmər ilə 84,76 min ton Azərbaycan nefti nəql edilib, bu da noyabr ayının göstəricisi ilə eynidir.

Qeyd edək ki, SOCAR və “Transneft” şirkəti Bakı-Novorossisysk boru kəməri ilə 2021-ci il ərzində 1 milyon tondan çox neftin nəql ediləcəyi ilə bağlı müqavilə imzalayıblar. 2019-ci ildə SOCAR bu kəmər ilə ümumilikdə 824,4 min ton, 2018-ci ildə isə 1,213 milyon ton neft nəql edib.