SOCAR neft hasilatını artırıb
Energetika
- 28 oktyabr, 2014
- 06:47
Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-sentyabr aylarında 6,303 mln. ton neft hasil edib. "Report" Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 1% artıb.
Cari ilin sentyabr ayında SOCAR üzrə neft hasilatı 686,8 min ton, ümumilikdə Azərbaycan üzrə isə 3,469 mln. ton təşkil edib.
Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində Azərbaycan üzrə neft hasilatı 32,02 mln. ton təşkil edib, bu da ötən ilin yanvar-sentyabr aylarının göstəricisindən 1,6% azdır.
Bu il SOCAR 8,4 mln. ton neft hasil etməyi planlaşdırır. Ötən il ölkədə neft hasilatının ümumi həcmi 43,48 mln. ton təşkil edib, bunun da 8,314 mln. tonu SOCAR-ın payına düşüb.
Son xəbərlər
04:53
Banqladeşdə fabrik yaxınlığında qaz balonlarının partlaması nəticəsində 7 nəfər ölüb
Digər ölkələr04:19
Yer kürəsinin forması tədricən dəyişir
Elm və təhsil03:48
Rusiya Dövlət Dumasına seçkilərdə səslərin 52 faizi hesablanıb - YENİLƏNİB
Region03:13
Qətər 580 milyard dollarlıq aktivlərin idarə olunması üçün yeni investisiya platforması yaradacaq
Biznes02:46
ABŞ İranla əlaqəli 109 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr02:25
Braziliyada avtobus qəzasında 6 nəfər ölüb
Digər ölkələr01:51
Çin kosmosda kahı, kök, günəbaxan və kartof yetişdirir
Elm və təhsil01:15
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
Digər ölkələr00:45