“SOCAR Media” beynəlxalq qabaqcıl jurnalistikanın təcrübəsinin öyrənilməsi məqsədi ilə seminar keçirir

Energetika
  • 07 mart, 2019
  • 12:30
“SOCAR Media” beynəlxalq qabaqcıl jurnalistikanın təcrübəsinin öyrənilməsi məqsədi ilə seminar keçirir

Bakı. 7 mart. REPORT.AZ/ “SOCAR Media” Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar təşkil edir.

“Report” xəbər verir ki, Azərbaycanda rəsmi fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal olan jurnalistlər, habelə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri seminarda iştirak etmək məqsədi ilə qeydiyyatdan keçə bilərlər.

Seminar martın 11-də “SOCAR Tower”də keçiriləcək. Seminarda SOCAR rəhbərliyi, eləcə də tanınmış beynəlxalq jurnalistlər - Svenya O’Donnel, Ceyms Qavin, Lourens Dor, Caylz Braun iştirak edəcəklər. Seminarda təşkil olumuş ayrı-ayrı sessiyalarda neft-qaz mövzusunda reportajların hazırlanması ilə bağlı tanıtım, geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması, enerji mövzuları üzrə peşəkar jurnalist olunması, ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması, yalan xəbərlərlə mübarizədə medianın rolu mövzularında məruzələr dinləniləcək, müzakirələr keçiriləcək. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.