SOCAR Macarıstanın MOL şirkəti ilə birgə üçüncü ölkələrdə fəaliyyət imkanlarını araşdırır

Energetika
  • 26 aprel, 2024
  • 05:44
SOCAR Macarıstanın MOL şirkəti ilə birgə üçüncü ölkələrdə fəaliyyət imkanlarını araşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstanın MOL şirkəti ilə üçüncü ölkələrdə neft və təbii qaz hasilatı layihələrində birgə iştirak etməyi planlaşdırır.

“Report” bu barədə Azərbaycanın neft-qaz bazarındakı vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir.

“SOCAR MOL ilə birlikdə beynəlxalq kəşfiyyat və hasilat layihələrində (upstream) iştirak etməyi planlaşdırır. Bu mənada müxtəlif regionlar - həm Avropa, həm də Afrika nəzərdən keçirilir ”, - mənbə bildirib.

O qeyd edib ki, bu məsələ ilə SOCAR-ın biznesin inkişafı şöbəsi məşğul olur.

Hazırda SOCAR və MOL “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində əməkdaşlıq edir. Macarıstan şirkəti bu layihədə 9,57 % paya malikdir. MOL həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətini tənzimləyən “BTC Co”da 8,9 %-lik paya sahibdir.

Bundan başqa, Macarıstan şirkəti Avropadakı neft emalı zavodlarında emal məqsədilə Azərbaycan neftini alır.

44 - Tezliklə