SOCAR-ın Türkiyədəki zavodunun neft koksu istehsalı 17 %-dən çox artıb

Energetika
  • 30 iyun, 2023
  • 10:38
SOCAR-ın Türkiyədəki zavodunun neft koksu istehsalı 17 %-dən çox artıb

Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 79 min 249 ton neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 11 min 826 ton və ya 17,5 % çoxdur.

Ümumilikdə, 2023-cü ilin aprel ayında Türkiyədə neft emalı zavodları tərədindən ümumilikdə 165 min 955 ton neft koksu istehsal edilib ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 46 min 888 ton və ya 39,4 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

44 - Tezliklə