SOCAR-ın Türkiyədəki zavodunda dizel yanacağı istehsalı 9 % azalıb

Energetika
  • 28 mart, 2024
  • 07:20
SOCAR-ın Türkiyədəki zavodunda dizel yanacağı istehsalı 9 % azalıb

Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 581 min 803 tondan çox dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 57 min 730 tona yaxın və ya 9,03 % azdır.

Ümumilikdə, 2024-cü ilin yanvar ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 341 min 846 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 48 min 214 ton və ya 3,47 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.