SOCAR-ın Türkiyədəki zavodu neft koksu istehsalını 21 %-dən çox azaldıb
- 29 aprel, 2024
- 13:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 57 min 960 tona yaxın neft koksu istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2023-cü ilin fevral ayı ilə müqayisədə 15 min 769 ton və ya 21,4 % azdır.
Ümumilikdə, 2024-cü ilin yanvar ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 138 min 585 tona yaxın neft koksu istehsal edilib ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 6 min 996 ton və ya 5,3 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.