SOCAR-ın Türkiyədəki zavodu martda Rusiyadan neft idxalını 2 dəfə artırıb
- 25 aprel, 2024
- 09:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan STAR neft emalı zavodu (NEZ) bu ilin mart ayında Rusiyadan ölkəyə neft idxalını 2 dəfə artırıb.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən ay Azərbaycana məxsus NEZ emal üçün Rusiyadan Türkiyəyə 6 milyon barel xam neft tədarük edib. Fevral ayında bu həcmlər 3 milyon ton təşkil edib.
Bununla da STAR Türkiyənin Rusiyanın “Urals” markalı neftinin tədarükünə tarixi rekorda nail olmasında böyük təkan vermiş olub.
Belə ki, Türkiyə Rusiyadan “Urals” neftinin idxalında Hindistandan sonra ikinci yerdədir. Ölkə mart ayında neft alışını 12 milyon barelə tarixi rekorda çatdırıb.
Qeyd edək ki, 2022-ci ildə Avropa İttifaqının Rusiyadan neft və neft məhsullarına embarqo qoymasından sonra Türkiyə “Urals”ın ən böyük alıcılarından birinə çevrilib. Ölkə Qərbin sanksiyalarına qoşulmayıb və Moskva ilə ticarət dövriyyəsini tədricən artırır.
Rusiyanın “LUKoil” şirkəti Türkiyənin STAR NEZ-ini “Urals” nefti ilə təchiz etməyə başladıqdan sonra Türkiyə Rusiyadan neft idxalının artmasına əlavə təkan verib. Bu, zavodun sahibi olan Azərbaycan şirkəti SOCAR ilə yeni uzunmüddətli müqavilə əsasında baş verib.
Ümumilikdə isə ötən ay “Urals”ın Türkiyəyə tədarükü təxminən 12,5 milyon barel (təqribən 1,7 milyon ton), fevralda isə bu rəqəm 9 milyon barel təşkil edib.
Xatırladaq ki, Hindistan “Urals” neftinin dəniz daşımalarının ən böyük alıcıları olaraq qalırlar. Çin isə bu növ neftin alışında ardıcıl olaraq üçüncü yerdədir.