SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 36 %-ə yaxın artırıb

Energetika
  • 28 mart, 2025
  • 15:29
SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 36 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 21 min 807 tona yaxın mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 5 min 758 ton və ya 35,9 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 82 min 164 tona yaxın LPG istehsal edilib ki, bu da 2024-cü ilin ilk ayı ilə müqayisədə 7 min 517 ton və ya 10,1 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

44 - Tezliklə