SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 33 %-dən çox artırıb
- 29 fevral, 2024
- 10:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 17 min 622 tona yaxın mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 4 min 424 ton və ya 33,52 % çoxdur.
Ümumilikdə, ötən ilin dekabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 95 min 445 tona yaxın LPG istehsal edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18 min 474 ton və ya 24 % çoxdur.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.