SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 12 %-dən çox artırıb

Energetika
  • 28 iyun, 2024
  • 13:52
SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 12 %-dən çox artırıb

Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 16 min 617 tona yaxın mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bildirilir ki, bu, 2023-cü ilin aprel ayı ilə müqayisədə 1 min 833 ton və ya 12,4 % çoxdur.

Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 86 min 861 tona yaxın LPG istehsal edilib ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 7 min 241 ton və ya 9,09 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.