SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağının istehsalını 9 % azaldıb
- 13 dekabr, 2021
- 13:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu (NEZ) 521 min 109,660 ton dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 50 min 690,556 ton və ya 8,86 % azdır.
Bu ilin sentyabr ayında Türkiyədə ümumilikdə 1 milyon 520 min 636,347 ton dizel yanacağı istehsal edilib ki, bu da 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 37 min 064,774 ton və ya 2,5 % çoxdur.
Xatırladaq ki, təməli 2011-ci ilin 5 oktyabr günü atılmış “STAR” neftayırma müəssisəsinin açılışı 2018-ci ilin 19 oktyabr tarixində keçirilib. Türkiyədə strateji sərmayələri dəstəkləyən Yatırım Təşviq Bəlgəsinin ilkinə sahib olan müəssisənin illik gücü ilkin dövrdə 10 milyon ton olub, cari ildə isə 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light”, “Kirkuk” neft markalarını emal edərək ildə 1,6 milyon ton liqroin, 4,8 milyon ton dizel yanacağı, habelə təyyarə yanacağı, LPG, neft koksu, qarışıq ksilol istehsal edir.
Neft emalı zavodunun illik istehsal gücü 2024-cü ildən sonrakı dövrdə 11,5 milyon tonadək artırılması nəzərdə tutulur.