SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalını 16 %-dən çox artırıb

Energetika
  • 31 yanvar, 2023
  • 09:02
SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalını 16 %-dən çox artırıb

2022-ci ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 647 min 424 ton dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2021-ci ilin noyabr ayı ilə müqayisədə 90 min 560 ton və ya 16,3 % çoxdur.

Ümumilikdə isə 2022-ci ilin noyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən 1 milyon 442 min 239 ton dizel yanacağı istehsal edilib ki, bu da 2021-ci ilin noyabr ayı ilə müqayisədə 117 min 704 ton və ya 7,36 % azdır.

Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin noyabr ayında 556 min 864 ton dizel yanacağı istehsal edib.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.