SOCAR-ın Türkiyədəki törəməsi Özbəkistan şirkəti ilə əməkdaşlıq edəcək

Energetika
  • 22 avqust, 2022
  • 11:28
SOCAR-ın Türkiyədəki törəməsi Özbəkistan şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey” şirkəti Özbəkistan dövlət neft-qaz şirkəti “Özbəkneftqaz”la əməkdaşlıq edəcək.

Bu barədə “Report” türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, sentyabrda “SOCAR Türkiyə”nin ekspert qrupu “Özbəkneftqaz”a səfər edəcək və bu əməkdaşlığın inkişafı çərçivəsində danışıqlar aparacaq.

Özbəkistan şirkətinin nümayəndə heyəti SOCAR-ın Türkiyənin İzmir şəhərindin Əliağa qəsəbəsindəki neft emalı və neft-kimya müəssisələrində olublar. Keçirilən görüşlərdə aktivlərin idarə edilməsi, əməyin mühafizəsi və təhlükəsizliyi, texniki xidmətlər, rəqəmsallaşma, dəyər yaradılması və çevik transformasiya üzrə qarşılıqlı qiymətləndirmələr aparılıb.

Özbəkistan nümayəndə heyətinin Türkiyəyə səfərindən əvvəl SOCAR prezidenti Rövşən Nəcəf “Özbəkneftqaz”da olub.

Azərbaycan və Özbəkistan arasında yaradılmış əməkdaşlıq proqramı çərçivəsində turizm, sənaye və iqtisadiyyat sahələrində mühüm işlər görülür.

“Özbəkneftqaz” iki ölkə arasında imzalanmış əməkdaşlıq sənədindən sonra ilk olaraq işə “SOCAR Türkiyə”yə səfərlə başlayıb. 3 günlük səfər zamanı “SOCAR Turkey” və “Uzbekneftegaz Downstream” şirkətinin rəsmiləri arasında məlumat mübadiləsi aparılıb və əməkdaşlığa dəstək verilib.

44 - Tezliklə